20 yaşlı qadın polis rəisi ölkədən qaçıb

MARAQLI
06:57 09.03.2011
1837

AZXEBER.COM portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Meksikanın zorakı sərhəd şəhərində polis rəisi vəzifəsinin icrasında könüllü, 20 yaşlı meksikalı qadın ölüm təhdidləri ilə üzləşəndən sonra vəzifəsindən azad edilib.

Rəsmilər deyir ki, Marisol Valles mart ayının 2-də şəxsi məsələlərlə bağlı icazə istəyib. O, bazar ertəsi günü Praksedis Querrero şəhərində işinə qayıtmalı olsa da, şəhər meri onu heç bir səbəb göstərmədən əlavə iki gün işdən qaldığına görə vəzifəsindən azad edib. Yerli medianın məlumatına görə, Valles Meksikadan qaçıb və o, narkotik qaçaqmalçı dəstələr tərəfindən təhdid olunandan sonra ABŞ-da siyasi sığınacaq almağa çalışır. Meksika rəsmiləri onun harada olması barədə məlumata malik olmadıqlarını bildirir.

OXŞAR XƏBƏRLƏR