20 Yanvar yolunda hərəkət dayandı - 5 km-lik tıxac

20 Yanvar yolunda hərəkət dayandı - 5 km-lik tıxac
Bütün Xəbərlər
10:58 13.05.2015
1500
Bu gün səhər saatlarından etibarən “Xırdalan dairəsi” təmirə bağlanılıb.
“APA-Economics”in məlumatına görə, bunun nəticəsində Bakı-Sumqayıt və əks istiqamətdə tıxac yaranıb.
Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.
Təmir işlərini Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həyata keçirir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, I Avropa oyunları ilə əlaqədar “Xırdalan dairəsi”ndə asfalt-beton örtüyü yenilənir: “Təmir işləri 2-3 gün ərzində başa çatdırılacaq”.
OXŞAR XƏBƏRLƏR