“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - Ronaldu

“2003-cü ildə mənimlə 50 klub maraqlanırdı” - Ronaldu
İDMAN
17:04 09.08.2019
3422
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu 2003-cü ildə "Sportinq"in heyətində "Mançester Yunayted"ə qarşı keçirilən oyun haqda maraqlı açıqlama verib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, Portuqali mətbuatına müsahibəsində o bildirib ki, həmin vaxt onu xeyli klub izləyirmiş.

"Həmin matça yaxşı köklənmişdim. Bilirdim ki, əgər yaxşı oynasam, nəinki "Mançester Yunayted", digər klubların da diqqətini çəkəcəyəm. Çünki mənimlə maraqlanırdılar. Doğrusu, bu oyunda qol vurmaq mənim üçün vacib deyildi. Əgər vursaydım, mənimlə maraqlanan klubların sayı 100-ə çatardı, həmin vaxt isə bu rəqəm 50 idi. Bu matçda "Sportinq" qalib gəldi" - Ronaldu bildirib. 
OXŞAR XƏBƏRLƏR