2012-ci ilin ən çox satılan avtomobil markası hansıdır?

DÜNYA
09:23 18.01.2013
1649

“Toyota” 2012-ci ilin ən çox satılan avtomobil markası olub.AZXEBER.COM-un məlumatına görə, “Toyota” yenidən “General Motors”u geridə qoyaraq, 2012-ci ildə dünyanın ən çox avtomobil satan şirkəti ola bilib.Yaponiya şirkəti ötən il ərzində dünya miqyasında 9,70 milyon avtomobil satıb.Keçən ilin birincisi olan “General Motors”un göstərici isə 9.29 milyon təşkil edib.Mütəxəssislər “Toyota”nın bu uğurunu onun “Kemri” kimi yeni avtomobil modelləri istehsal etməsi ilə əlaqələndirirlər.

OXŞAR XƏBƏRLƏR