2012 dünyanın sonudur? - ALİMLƏRİN ARAŞDIRMASI

MARAQLI
21:03 04.12.2011
2992

Mayya təqvimi yenidən araşdırılıb

2012-ci ilin dekabr ayı - bu tarix son bir necə ildir ki, ən çox müzakirə edilən mövzulardan biridir. Çünki Mayya təqviminə görə, məhz bu tarixdə dünyanın sonu olacağı iddia edilirdi. Bu barədə hətta film də çəkilib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, aparılan son araşdırmalar isə bunun əksini deməyə əsas verir. Belə ki, qədim Mayya tayfalarına aid olduğu ehtimal edilən daş lövhə yenidən tədqiq edilib. Əldə edilnən nəticə isə belədir - 2012-ci il dünyanın sonu olmayacaq. 1300 illik təqvimdə 2012-ci ilin əslində dünyanın sonu deyil, yeni çağın sonuna işarə edilib. Araşdırma aparan Mayya tarixçisi Sven Qronemeyerin sözlərinə görə, Mayya təqvimi 400 illik dövrlərə bölünür. 2012-ci ildə sadəcə bu dövrlərdən birinin sonudur.

OXŞAR XƏBƏRLƏR