2013-cü ildə Azərbaycana rekord həcmdə qızıl gətirilib

İQTİSADİYYAT
10:20 23.01.2014
1553
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, ötən il zərgərlik məmulatları ilə ticarət dövriyyəsinin həcmi 1 milyard dollar olub ki, bu da 2012-ci ildəki göstəricidən on dəfə çoxdur. Qızıl məmulatlarının idxalındakı artım isə daha böyükdür. 2013-cü ildə xaricdən ölkəmizə 930 milyon dollarlıq qızıl və qızıl məmulatı, həmçinin qiymətli daşlar gətirilib. Bu məbləğ 2012 -ildəkindən 58 dəfə çoxdur. 
Mütəxəsislərin fikrincə, bu rəqəmlər əhalinin qızıla olan tələbatının artmasından daha çox, hökümətin son illər qızıl alışı sahəsində apardığı siyasəti ilə bağlıdır.
Ekspert Oqtay Haqverdiyev: “Bir iki il bundan qabaq prezident tərəfindən belə bir qərar çıxarıldı ki, gərək biz qızıl ehtiyyatımızı artıraq. 35 ton Azərbaycanda qızıl ehtiyatı olsun. Həmin o proqramı həyata keçirmək üçün bu illərdə, xüsusilədə 2013-cü ildə bizim Neft Fondu həmin o qızılı ala bildi”. 
Qızıl ehtiyatının artırlması ilə bağlı siyasətin nəticəsində dövlət artıq 30 tona yaxın qızıla malikdir. Bu tədbirlərin əsas məqsədi fövqəladə və ya böhran vəziyyətində dövlətin fəaliyyətini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR