Bu gün Milli Məclisin plenar iclasında 2014-cü il Dövlət büdcə layihəsinin müzakirəsinə başlanılıb.
AZXEBER.COM xəbər verir ki, layihəyə əsasən 2014-cü ildə büdcənin gəlirləri 18 mlrd. 384 mln. manat ( 2013-cü illə müqayisədə 775 mln. manat və ya 4 % az, 2012-ci ilin faktiki icrasına nisbətən 1102,5 mln. manat və ya 6,4 % çox), xərcləri isə 20 mlrd. 63 mln. manat (2012-ci ilin faktiki icrasına nisbətən 15,2 %, 2013-cü ilə nisbətən 1,1 % çox) həcmində proqnozlaşdırılır.2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir.2014-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 337 mln. manat transfert nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 2 013 mln. manat və ya 17,7 % azdır.Dövlət büdcəsinə Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilə nisbətən 15,9 % və ya 1 238 mln. manat artımla proqnozlaşdırılır.Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin 6 245 mln. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozu ilə müqayisədə 1076 mln. manat və ya 20,8 %, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 1600 mln. manat və ya 34,5 % çoxdur.2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolomaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 %, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 7,1 faiz-bənd artacaq.Gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 7,1% artım deməkdir. Belə ki, 2013-cü il proqnozunda müdafiə xərcləri 1 mlrd. 528 mln. 582 min manat təşkil edib.2014-cü il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin( büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsulllarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 26,6 % olmaqla, 2013-cü illə müqayisədə 1,3 % artıb. Mütləq ifadədə bu məqsədə 5 337,3 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2013-cü ilə nisbətən 298,9 mln. manat və ya 5,9 % çoxdur.2014-cü il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4909, 5 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 475,9 mln. manat və ya 10,7 % çoxdur.2014-cü ildə təhsil xərcləri üçün 1 653,4 mln. manat, 2013-cü illə müqayisədə 123 mln. manat və yaxud 8%, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 200,3 mln. manat və ya 13,8% çox vəsait proqnozlaşdırılır.Təhsil xərcləri üçün ayrılmış vəsaitin 851 mln. manatı və ya 51,5%-i natamam və orta təhsil xərclərinin, 488,9 mln. manatı və ya 29,6%-i təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 33 mln. manatı və ya 2%-i ali təhsil xərclərinin, 158,7 mln. manatı və ya 9,6%-i məktəbəqədər və ibtidai təhsil xərclərinin, 78,6 mln. manatı və ya 4,8%-i texniki-peşə məktəblərinin və liseylərin, 43,2 mln. manatı və ya 2,5%-i internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.2014-cü ildə elm xərclərinə 146,8 mln. manat, 2013-cü illə müqayisədə 16,3 mln. manat və yaxud 12,5 %, 2012-ci ilin faktiki icra göstərici ilə müqayisədə isə 30,1 mln. manat və ya 25,8 % çox vəsait proqnozlaşdırlıb. həmin xərclər elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək.2014-cü ildə elm xərclərində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsi ilə bağlı 3,5 mln. manat, elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln. manat, Azərbaycan Elmlər Akademiyasının elmi obyektlərinin yenidən qurulması və əsaslı təmiri üçün 3 mln. manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqların alınması üçün 5 mln. manat və digər tədbirlərin həyata keçiriləməsi üçün vəsait nəzərdə tutulub.2014-cü ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 205,4 mln. manat vəsait proqnozlaşdırılır. o cümlədən yeni yaradılmış diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 mln. manat, beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 mln. manat və Azərbaycanın digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 127 mln. manat vəsait vəsait proqnozlaşdırılıb.2014-cü ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün 60 mln. manat vəsait nəzərdə tutulub.Layihəyə əsasən gələn il sosial ipotekaya 40 milyon manat ayrılacaq.Qeyd edək ki, 2013-cü il üzrə isə dövlət büdcəsinin gəlirləri və xərcləri müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir.2014-cü il icmal büdcəsinin isə gəlirləri 21 mlrd. 985,9 mln. manat(2013-cü ilin proqnozuna nisbətən 1 mlrd. 257,3 mln. manat və ya 6,1 % çox, 2012-ci ilin icrasına nisbətən 352,5 mln. manat və ya 1,6 % az), xərcləri 24 mlrd. 444 mln. manat( 2013-cü ilin proqnozuna nisbətən 56 mln. manat və ya 0,2 % az, 2012-ci ilin icrasına nisbətən 5 mlrd. 982,3 mln. manat və ya 32,4 % çox), kəsiri 2 mlrd. 458,1 mln. manat proqnozlaşdırlır.