Azərbaycanda leysan gözlənilir

Azərbaycanda leysan gözlənilir
Bütün Xəbərlər
13:15 13.05.2015
2099
Bakıda 21 dərəcə isti olacaq.
Mayın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AZXEBER.COM Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbə verir ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 17-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR