Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək.
ƏƏSMN-dən verilən məəlumata görə, iyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti Əmək yarmarkası təşkil olunacaq.
Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpasa Dadasov kuc.,3158/3156, Azadlıq metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək.
Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerlərii işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.(Anspress.com)