Bakıda naməlum kişi meyiti tapılıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit rayonun Məhəmməd Hadi küçəsi, ev- 63-ün qarşısında aşkarlanıb.
Həmin ünvanda 25-30 yaşlarında kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Meyitə ilkin baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.