Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
AZXEBER.COM-un Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.7; 228.2.1 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun İzətulla oğlu Məmmədovun üzərinə baxış keçirilərkən alt paltarının içərisində gizlədilmiş 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.