Qadınlar arasında üzgüçülük yarışlarının ulduzu, 7 Olimpida və 3 dünya çempionatının medallarının sahibi Amanda Börd kimsənin gözləmədiyi "sirr"lərini açıqlayıb.
O, srağagün satışa çaxarılmış kitabında vaxtilə spirtli içkilər, narkotik maddələr və anoreksiya ilə bağlı ciddi problemləri olub.
"Bəli, həyatımın bir dönəmində narkoman və əyyaş olduğumu deyə bilərəm. Əslində, sözün tam mənasında belə deyildim. Fəqət narkotik maddələr və spirtli içkilərlə bağlı ağır problemlər yaşadığımdın bəhs etmək istəyirəm. Gənc idmançıların mənim səhvlərimi təkrarlamalarını arzulamıram"", - Amanda yazıb.
29 yaşlı Amanda Börd 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək, yarışlara qatılaraq medallar kolleksiyasını artırmaq fikrindədir.
Amma onun arzusunun gerçəkləşməsi üçün Amanda sərt təsnifat mərhələsindən keçməlidir.
Gözəl üzgüçü xanımın həyatı indi valideyn qayğıları ilə keçir: "Hazırda həyatım hovuzda 5 saatlıq məşqlər və uşağıma qulluq arasında dövr edir".
Onun sözlərinə görə, 2012-ci il Olimpiadasından sonra üzgüçü karyerasına son qoyacaq.//milli.az