30 aprel faciəsi günü Bakının mərkəzində parti olacaq (EKSKLÜZİV)

MARAQLI
12:45 14.04.2011
2175

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü günü belə bir parti keçirilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Gənclər "Bu partini təşkil edənlərə etirazımızı bildirək. Ən azından 2 il evvel günahsız yerə öldürülmüş dostlarımızın ruhu naminə bunu edək" tipli statuslar yazıblar.

AZXEBER.COM portalı məsələni dəqiqləşdirmək üçün adıçəkilən klubla əlaqə saxlayıb. Partinin bilet satışı ilə məşğul olan, türkiyəli Yalçın bəy AZXEBER.COM-a bu haqda deyib: "Biz partinin vaxtını təyin etməmişdən öncə kalendara baxdıq, bütün matəm günlərini incələdik. Amma bu faciənin ildönümünün olmasını ilk dəfə sizdən eşidirəm. VAllah bizim bu haqda məlumatımız yox idi. Əgər belə bir şeydən məlumatımız olsaydı partini bu günə təyin etməzdik".

"İndi bu hadisədən xəbər tutdunuz, vaxtı dəyişmək mümkündürmü?" sualına isə Yalçın bəy belə cavab verdi: "Biz bundan xəbərsiz idik. Əgər belədirsə biz partini gecə saat 12-dən sonra başlaya bilərik. O zaman artıq ayın 1-i olacaq, həm də qeyd edim ki, digər klublarda da 30 aprel günü partilər olacaq, hətta mən ad da çəkə bilərəm, bundan başqa bu gündə toy keçirməyi planlaşdıran insanlar da var"

Xatırladaq ki, 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı törədilib. Nəticədə 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

OXŞAR XƏBƏRLƏR