ANS-ə jurnalist axtarılır

MARAQLI
18:39 14.04.2011
3451
ABŞ-Azərbaycan Jurnalistika Akademiyası 2007-ci ildə Azərbaycanda media sahəsində yüksək ixtisaslı peşəkarların yetişdirilməsinə yardım etmək məqsədilə yaradılıb. 

Akademiya Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təşəbbüsü, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Akademiyanın kurslarında azərbaycanlı mütəxəssislərlə yanaşı ABŞ-dan gələn müəllim heyəti də jurnalistikanı tədris edəcək.

Tədbiri giriş sözü ilə açan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Azərbaycanda yüksək peşəkarlara olan tələbatdan danışıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Terri Devidson isə kurs iştirakçılarına uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR