Dənizli Dövlət Xəstəxanası ümumi cərrahı Hüseyn Cahit Dartanel jurnalsitlərə açıqlamasında bu faktı təsdiqləyib: “Xəstənin ürəyi döş qəfəsinin sağında, qaraciyəri isə sol tərəfində yerləşir. Normalda ürək solda, qaraciyər sağda olmalıdır. Bu, 10 milyonda bir rast gəlinən xəstəlikdir”.
Cərrah bildirib ki, 35 illik peşə fəaliyyətində ilk dəfə belə bir xəstəliklə qarşılaşıb. Onun sözlərinə görə, xəstə bu vəziyyətdə əməliyyat edilərsə ölüm təhlükəsi qaçılmaz olardı.
Durdu Gül isə ürəyinin belə fərqli yerləşməsindən özünün də xəbərsiz olduğunu və müayinənin nəticəsindən çox təəccübləndiyini bildirib.