ŞOK! Azərbaycanda “quş qripi” tapıldı

ŞOK! Azərbaycanda “quş qripi” tapıldı
MARAQLI
12:55 03.12.2010
2351

Azərbaycanın Samux rayonunda H5N1 virusu («quş qripi») aşkarlanıb.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidməti tərəfindən Səhiyyə Nazirliyinə quş qripi ilə bağlı məlumat daxil olub: «Belə ki, Samux rayonunda ev quşları arasında tələfat olub və qan nümunələri nazirliyə göndərilib».
Nazir müavini qeyd edib ki, H5N1 virusu olan «quş qripi»nin H5-i artıq təsdiq olunub, N1-in aşkarlanması istiqamətində isə hazırda laboratoriyada tədqiqatlar aparılır.

 

OXŞAR XƏBƏRLƏR