Azxeber.com portalının “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, 52 yaşlı Təmmi Banovaç yalnız alt paltarında olsa da, polislər tam bir saat bu qadını yoxlayıblar.
Limanda sərnişinlərin yoxlama məntəqəsinə yaxınlaşanda isə o, əynindəki qara paltonu çıxarıb. Polislər çaşıb qalıblar: paltosunu çıxaran qadının əynində alt paltarından başqa heç nə olmayıb.
"İki həftə əvvəl də hava limanına gəlmişdim. Məni elə yoxladılar ki, sanki çox təhlükəli adamam. Acığa düşdüm və qərara gəldim ki, polislərin "işini asanlaşdırmaq" üçün yarıçılpaq olum. Amma çifayda. Yarıçılpaq olsam da, məni bir saat yoxladılar", - T.Banovaç söyləyib.