Qvardiola: “Mançester Yunayted”lə görüşmək mənim üçün şərəfli olardı"
İDMAN
11:05 04.05.2011
2000
Bu fikirləri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Çempionlar Liqasının yarımfinalında Madrid “Real”ına səfərdə qalib gələndən (2:0) sonra evdə 1:1 hesablı bərabərliklə finala çıxan 40 yaşlı ispan mütəxəssis əzəli rəqibini də tərifləyib: “Real”ın gözəl oyun göstərdiyini də qeyd etmək istərdim. Biz onlarla çətin olacağını bilirdik. Fasilədən sonra bir az sürəti azaltdıq, ancaq Pedronun qolu bizi rahatlaşdırdı. Oyunda elə vəziyyət yarana bilərdi ki, madridlilər 2-ci qolu vurması bizə problem yarada bilərdi. İndi paltardəyişmə otağımızda şənlikdir. Arxada böyük iş qalıb, çox futbolçular mövsümə DÇ-2010-da iştirakdan sonra başlayıb. Belə çətin mövsümdən sonra finala çıxmaq əsl şücaətdir”.