Dünən paytaxtın əyləncə məkanlarının birində Türkiyənin məşhur müğənnilərindən olan Rafet El Roman və bizim gənc ifaçımız Sevda Yahyayeva konsert proqramı ilə tamaşaçıların qarşısına çıxıblar.
AZXEBER.COM-un məlumaına görə, sürprizlə dolu konsertin təşkilatçısı Nahid Eminoğlu idi.
Konsertdə hər iki sima öz repertuarında olan ən məşhur mahnıları ifa ediblər. 2 saata yaxın davam edən konsert olduqca maraqlı anlarla yadda qalıb.Onu da vurğulayaq ki, konsertdən öncə Rafet El Roman və Sevda Yahyayeva Azərbaycan mediasının qarşısına çıxıblar.