Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 26-a olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən AZXEBER.COM-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,9068 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin 2,74% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, USD/AZN məzənnəsində sonuncu dəfə rekord yanvarın 24-də qeydə alınıb. Bu zaman da USD/AZN məzənnəsi 1,8559 manat olub.