“2018-dən sonra ilk dəfə…” – Muraddan illər sonra gələn etiraf

“2018-dən sonra ilk dəfə…” – Muraddan illər sonra gələn etiraf
MAQAZİN
11:15 09.06.2026
191
"Mənim həyatımın işi səhnədir. Səhnə görünüşdür, aynaya baxıb səhnə geyimlərinin əynində fit oturması enerji və stimul verir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Murad Arif deyib.
 
Sənətçi son zamanlarda artıq çəki aldığını deyərək, sağlam qidalanaraq çəki atmasından danışıb:
 
"Mənim həyatımın işi səhnədir. Səhnə görünüşdür, aynaya baxıb səhnə geyimlərinin əynində fit oturması enerji və stimul verir. Hər şeyim "tas-tamam" olsa da, illərdir narahat edən mövzu var... Nəsə çatışmır deyərkən, ağlımdan keçən tək bu idi. Son dəfə bu tərəzidə 85 rəqəmini 2018-ci ildə "OPPALARA" klipinin çəkilişlərində görmüşdüm və bitdi. Sonra 2020 gəldi, pandemiya, ev həyatı, səhnəsizlik və artan daha 10 kilo! Bu gün isə qaldığım yerdən davam edirəm. Bu gün isə yeni arzuların, planların, obrazların doğulduğu gündür demək. Ürəyimdə o qədər söz var ki... Amma sadəcə həkimlərimə təşəkkür edirəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR