23:25 Bazar Günü, 20 May 2018
SOSİAL

Bakı metrosunda həyəcanlı anlar

21:30, 13.02.20181000
Bakı metrosunda həyəcanlı anlar
Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə Azxeber.com-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Məmmədova Sevinc Rafiq qızı "İnşaatçılar" stansiyasında Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına  yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub"

Qurum rəsmisi onu da qeyd edib ki, baş vermiş hadisə intihar deyil: "Həmin xanım səhhətində olan problemlə əlaqəli müvazinətini itirib və yıxılıb". 

XƏBƏR LENTİ