Bakıda kütləvi dava - ölən və yaralananlar var

Bakıda kütləvi dava - ölən və yaralananlar var
SOSİAL
10:39 04.03.2018
4465
Bakının Nizami rayonunda kütləvi dava baş verib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, dava Qara Qarayev prospekti 62 ünvanında yerləşən 34 saylı mənzilin qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında qeydə alınıb.

Bu zamanı Y.Məmmədova 3 bıçaq zərbəsi vurulub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

OXŞAR XƏBƏRLƏR