06:40 şənbə, 18 Avqust 2018
HADİSƏ

40 illik arvadını çəkiclə öldürən kişi: “Heç peşman deyiləm”

16:11, 02.05.20184583
40 illik arvadını çəkiclə öldürən kişi: “Heç peşman deyiləm”
 
Türkiyədə baş verən dəhşətli cinayətin təfərrüatları məlum olub. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, sözügedən hadisə Türkiyənin Çorum şəhərində baş verib.
 
64 yaşlı Ali B. 40 illik həyat yoldaşı Hanife B. ilə mübahisə edib. Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən Ali B. arvadının başına çəkiclə vuraraq, qətlə yetirib. Ali B-nın səhər saatlarında polisə təslim olması nəticəsində faktla bağlı cinayət işi açılıb. 64 yaşlı Ali B. həbsxanaya aparılarkən jurnalistlərin "arvadınızı niyə öldürdünüz, peşmasınız?” sualına "Heç peşman deyiləm” deyə cavan verib.
 
Qeyd edək ki, Ali B və Hanife B cütlüyünün 4 uşağı var.
 

XƏBƏR LENTİ