11:55 Cümə, 19 Oktyabr 2018
İQTİSADİYYAT

NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi

18:42, 09.05.20184560
NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi

(R) Faşizm üzərində böyük Qələbənin 73-cü ildönümü münasibətilə NIKOIL | Bank Leninqradın (indiki Sankt-Peterburq) 900 günlük mühasirəsi zamanı dəhşətli anlar yaşayan Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi.

 

NIKOIL | Bankın rəhbərliyi Böyük Vətən müharibəsi veteranları ilə görüşərək, onlara fədakarlıqlarına görə minnətdarlığını bildirdi. Bankın rəhbərliyi veteranları Qələbə Günü münasibətilə təbrik etdi, onlara uzun ömür və can sağlığı arzuladı.

 

Qeyd edək ki, Leninqradın mühasirəsi 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək davam etmişdir. Müxtəlif mənbələrə əsasən həmin illər ərzində 300 mindən 1,5 milyonadək insan həlak olmuşdur. Onlardan 97%-i aclıqdan, qalan 3%-i isə bombalanma və artilleriya atəşindən həlak olub. Xatırladaq ki, müharibə illəri ərzində Sovet ordusu sıralarına 600 000-nə yaxın azərbaycanlı çağırılmış, onların təxminən yarısı cəbhədə həlak olmuşdur. NIKOIL | Bank bəşəriyyət tarixində ən qanlı müharibənin döyüş meydanında həlak olanların işıqlı xatirəsini anır və bütün Azərbaycan xalqını Qələbə Günü münasibətilə təbrik edir.

 

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

XƏBƏR LENTİ