09:56 çərşənbə Axşamı, 19 Mart 2019
TOP4

"Bu il həm iqtisadi, həm də siyasi baxımdan uğurlu oldu" — Fərid Şahbazlı

18:26, 26.12.20184475
"2019-cu il Azərbaycanın inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı olacaq”.

AZXEBER.COM-un məlumatına görə, "İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı AzNews.az-a bildirdi ki, yola salmaq üzrə olduğumuz 2018-ci il ölkəmizin həyatında mühüm hadisələrlə yadda qaldı:

"Bu il həm iqtisadi, həm də siyasi baxımdan ölkəmiz üçün uğurlu oldu. TANAP qaz kəmərinin istifadəyə verilməsi, "Formula 1” yarışlarının yüksək səviyyədə təşkili, iqtisadi sahədə həyata keçirilən islahatlar, o cümlədən beynəlxalq miqyasda əldə olunan uğurlar Azərbaycanın regionda gücünü daha da artırdı. Türkiyədə Azərbaycanın sərmayəsi ilə inşa olunan "Star" neft emalı kompleksinin istifadəyə verilməsi ilin mühüm iqtisadi hadisələrindən oldu. Bütün bunlar bir daha göstərdi ki, ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil".
F.Şahbazlı dedi ki, "Azərbaycan Xalq Cümhuriyyəti İli” paytaxtda və regionlarımıza yüksək səviyyədə qeyd edildi. Bu tədbirlər nəinki Azərbaycanda, beynəlxalq miqyasda da maraqla qarşılandı.

Onun sözlərinə görə, ilin vacib siyasi hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləri oldu: "Azərbaycan xalqı bu il də öz seçimini etdi və Cənab Prezident İlham Əliyevə etimad göstərdi. Seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Qədirbilən xalqımız yenidən Heydər Əliyev siyasi kursuna sədaqət nümayiş etdirdi. Seçkilərin nəticələri xalqın aydın siyasi mövqeyini ortaya qoydu. Bu, həm də ölkəmizi sevməyən, hər vəchlə onun inkişafına mane olmaq istəyən qüvvələrə layiqli mesaj oldu. Heç şübhəsiz, qarşıdan gələn 2019-cu ildən də gözləntilərimiz böyükdür. İnanırıq və şübhə etmirik ki, qarşıdakı ildə Azərbaycanın inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı olacaq”.
XƏBƏR LENTİ