07:03 şənbə, 16 Fevral 2019
İDMAN

2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?

15:37, 07.02.20192664
2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?
FİFA milli komandaların 2019-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, dekabrla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 107-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü,  Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.
XƏBƏR LENTİ