Azərbaycanlı məşhurlar iftar süfrəsində - FOTOLAR

Azərbaycanlı məşhurlar iftar süfrəsində - FOTOLAR
MAQAZİN
21:24 20.05.2019
4725
Azərbaycanlı məşhurlar iftar süfrəsində bir araya gəlib.
 
AZXEBER.COM xəbər verir ki, məşhurları bir araya Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Cəlal Qurbanov toplayıb. O görüş haqda təəsüratlarını paylaşaraq, yazıb: 
 
"Ramazan ayına təsadüfdən 11 ayın Sultanı demirlər ki... 
Bu günlər oruc tutmaqla yanaşı, xeyir əməllərin ayıdır. Ramazanda, çirkin əməllərdən uzaq durmaq və qəlbləri sındırmaq olmaz!
Ramazan ayı insanlara Allaha yaxın olub, Allahı və onun yaratdığı bəndələri sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, bizi paklığa, saflığa və təmiz vicdanlı olmağa yönəldir. Haram olan şeylərdən (yalan danışmaq, şər atmaq, oğurluq, zina etmək, qeybət və ikiüzlülük etmək) kimi əməllərdən çəkindirir. 
Rəbbimiz səbəbli və səbəbsiz oruc tuta bilməyənləri oruc ağız olanlardan etsin, günahı olanların, günahlarlnı bağışlasın 
in şəa allah. 
 
Verilən iftar süfrəsinə xatir, əziyyət çəkib gələn və süfrənin ətrafında hörmətlə, ehtiramla əyləşən dostlarıma, Özəlliklə bu möhtəşəm Azanı səsləndirən doğma insan Mirələm Mirələmova, bu süfrəni gözəl və dadlı təamlarla hazırlayan dostum Anar Qubatova və ən əsası bişirdiyi yeməyin dadıyla hər kəsi heyrətləndirən, canım dostum Aygün Kazımovaya dərin təşəkkürümü bildirirəm. O gün ən çox savab sizlərə yazıldı.
Allah təala bütün oruc tutan insanların, iftar süfrələrin bol ruzi bərəkətli və oruclarını qəbul eləsin.
İn şəa Allah növbəti Ramazanda, 
nəğməli Şuşamızda, Ruhumuzun qidası olan, bu gözəl Azan səsi ilə iftar süfrələrində oruclarımızı açaq. Amin!!” 
 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR