19:13 Bazar Ertəsi, 14 Oktyabr 2019
SOSİAL

Ramil Usubov inspektoru rəis təyin etdi

17:53, 18.06.20194801
Ramil Usubov inspektoru rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb.

AZXEBER.COM avtosfer.az-a istinadən bildirir ki, nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Fəqan İsmayılov buna qədər Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırdı.
XƏBƏR LENTİ