UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.
Azərbaycanı turnirdə təmsil edən "Qarabağ” Tofiq Bəhramv adına Respublika Stadionunda Kiprin APOEL klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk oyunda rəqibini 2:1 hesabı ilə məğıub etməyi bacarıb. "Qarabağ” APOEL səddini keçsə, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya) cütünün qalibinə rəqib olacaq.
13 avqust Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu 20:30 "Qarabağ" - APOEL
Baş hakim: Daniel Siber Yan xətt hakimləri: Yan Sedel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid Imamoviç (Bosniya və Herseqovina)
İlk oyun: 2-1 Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
qafqazinfo