Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Ukraynanın Kiyev şəhərində təşkil olunan "Viktor Bannikov” beynəlxalq turnirində bu gün ikinci oyunlarını keçirib.
AZXEBER.COM xəbər verir ki, seçməmiz ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.
İlk matçda İsrailə 0:6 hesabı ilə uduzan təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb. Ukraynalılar 4:2 hesabı ilə qalib gəliblər. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqləniblər.
Qeyd edək ki, milli avqustun 29-da Latviya ilə qarşılacaq.