2021-ci ildə ən çox qol vuran qapıçı bəlli oldu

2021-ci ildə ən çox qol vuran qapıçı bəlli oldu
İDMAN
18:42 24.12.2021
434
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb.

Bu, Paraqvayın "Quarani" klubunun qolkiperi Qaspar Serviodur.

29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Serviodan başqa 2021-ci ildə yalnız bir qapıçı birdən çox qol vurub. Braziliyanın "Atletiko Qoiyaniense" komandasından Jean Paulo Fernandeş Filyo 2 dəfə rəqib qapılarında yol tapıb.
OXŞAR XƏBƏRLƏR