Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
İQTİSADİYYAT
20:51 28.01.2022
338
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 27-də 93,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 87,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 91,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.
 
///Sfera.az
OXŞAR XƏBƏRLƏR