Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
SOSİAL
21:38 09.07.2022
321
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 609 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 367 nəfərdir.

Ölkədə son sutka ərzində 2157, hazırkı dövrədək isə 6 984 060 test aparılıb.
OXŞAR XƏBƏRLƏR