Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
SOSİAL
21:49 12.07.2022
333
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

AZXEBER.COM Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.

Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.
OXŞAR XƏBƏRLƏR