Müğənni İsrail Məmmədova ağır itki üz verib.
AZXEBER.COM-un məlumatına görə, ifaçının anası dünyasını dəyişib. Bu haqda sənətçi özü məlumat verib.
O, sosial şəbəkədə anası ilə fotosunu paylaşaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Mənə həmişə can-can deyən o şirin səsini bir daha eşitməyəcəyəm, o isti nəfəsini bir daha duymayacağam ana. Bu gündən səninlə əbədi ayrıldım əziz ana. Allah sənə rəhmət etsin, yerin cənnət olsun".