2023-cü ildə sərvətini artıranların adı məlum olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Bloomberg”in məlumatına görə, 2023-cü ildə sərvətlərini artıracaq şəxslərin siyahısı belədir:
Sərvətini artıranların arasında birinci yerdə İlon Maskdır.
2023-cü ildə sərvətlərini artıran zənginlər açıqlanıb.
Dünyanın ən zəngin insanı olmaq yarışında lüks istehlak malları qrupu LVMH-nin sədri Bernard Arnault-u geridə qoyan Tesla və SpaceX-in baş direktoru İlon Mask 232 milyard dollarlıq sərvətlə 2023-cü ili lider kimi başa vurur.
Sərvətini 95 milyard dollar artıran Mask 2023-cü ildə sərvətini ən çox artıran milyarder kimi də diqqət çəkir.
"Facebook” və "Instagram” kimi sosial media platformalarını özündə birləşdirən "Meta”nın sahibi Mark Zukerberq 2023-cü ildə sərvətini ən çox artıran ikinci şəxs olub.
İl ərzində Mask ilə "qəfəs davası" edəcəyi xəbəri ilə də gündəmdə olan Zukerberq hazırda dünyanın 6-cı ən zəngin milyarderidir.
2023-cü ildə Zukerberqin sərvəti 84 milyard dollar artıb. Zukerberqin ümumi sərvəti 129 milyard civarındadır.