Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 85 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 69 nəfər isə sağalıb. Son sutka ərzində 4 nəfər koronavirusdan ölüb.
İndiyədək ölkədə ümumilikdə 829 988 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, hazırda 456 aktiv xəstə var. Bu günə qədər 10 189 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 353, bu günə qədər isə ümumilikdə 7 562 699 test icra olunub.