Müharibə tarixində bir ilk: İsrail hücumlarda süni intellektdən istifadə edir

Müharibə tarixində bir ilk: İsrail hücumlarda süni intellektdən istifadə edir
DÜNYA
13:05 27.12.2023
228
Oktyabrın 7-indən başlayaraq davam edən İsrail-Fələstin qarşıdurmasında İsrailin hücumlarda süni intellektdən istifadə etməsi dünyada böyük ajiotaja səbəb olub.
  
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər İsrailin istifadə etdiyi bu sistemin hədəflərin sayından asılı olmayaraq yüksək öldürmək və məhv etmək qabiliyyətinə malik olduğunu bildirirlər.

İsrail ordusu Qəzzada ilk dəfə avtomatik hədəf müəyyən edən Gospel tətbiqindən istifadə edir və 35 gün ərzində Gospel 15 min hədəfi vurub.
  
İsrailin Fələstin müqaviməti ilə əlaqəsi olan hər kəsi birbaşa hədəfə aldığına diqqət çəkən araşdırmaçı yazar Nur Naim bildirib ki, müharibədə ilk dəfədir ki, süni intellektin vəhşiliyini görürük:

"İsrail heç vaxt çata bilməyəcəyi bir hədəf üçün minlərlə insanı (Qəzzada) qətlə yetirir. Müharibə zamanı süni intellektdən istifadənin vəhşiliyinin birbaşa şahidi olduq. Bir insanın hərbi rütbəsi aşağı olsa belə, onun haqqında hər şey var. İsrailin təyin etdiyi adam rəsmi qurumlar, xəstəxanalar və ya apteklər kimi mülki obyektlərə girdiyini və ətrafında mülki şəxslərin olduğunu bilsə də, onları hədəf almaqdan çəkinmir. Çox sayda insan yaralanıb və ya müasir müharibələrdə daha əvvəl istifadə olunmayan vəhşi süni intellekt texnologiyasının istifadəsi nəticəsində həyatını itirdi”.
 
Döyüşlərdə süni zəkanın istifadəsinə nəzarət etmək üçün kifayət qədər hüquqi tənzimləmə olmadığına diqqət çəkən Naim "İsrailin müharibələrdə qanunları nəzərə almadığını düşünürəm. İnsan haqları qanununu nəzərə almayan İsrail bunu edirmi? İllər əvvəl fələstinlilərə qarşı mübarizədə və dağıdıcı müharibədə qüvvəyə minmiş, süni intellektdən istifadə edərkən qanunu nəzərə almısınız?", - deyə fikirləriə davam edib.

Mütəxəssis süni intellektin insanları qorumaq və həyat şəraitini yaxşılaşdırmaq kimi əhəmiyyət kəsb etməyən və qazanc əldə etməyə həvəsli qruplar tərəfindən istifadə edildiyini vurğulayaraq deyib:
 
"İsrail bu templə irəliləməyə davam edərsə, bir müddət sonra bütün dünyaya təsir edəcək. Dünya bu texnologiyaya sahib olan və ondan kimin istifadə edəcəyinə qərar verən qruplar tərəfindən idarə olunur. Dünyanın kiçik bir hissəsini sevindirəcək bir fəlakətlə üzləşəcəyik".

İsrailin texnologiya sahəsində dəstəkləndiyini və təbliğ edildiyini qeyd edən Naim, bu vəziyyəti qlobal texnoloji müstəmləkəçilik kimi qiymətləndirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR