Dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə düşür

Dünyanın ən böyük atom elektrik stansiyası yenidən işə düşür
DÜNYA
14:18 27.12.2023
232
Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının istismarına qoyulan qadağanı aradan qaldırıb.
    
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın nüvə enerjisi tənzimləyicisi "Tokio Electric Power" (Tepco) nəhəngi Kashiwazaki-Kariwa atom elektrik stansiyasına iki il əvvəl tətbiq etdiyi fəaliyyət qadağasını ləğv etdiyini açıqlayıb.

Şirkət istismar xərclərini azaltmaq üçün stansiyanı yenidən işə salmaq istəsə də, fəaliyyətə başlamazdan əvvəl yerli hökumətdən icazə almalıdır.
 
İcazənin nə vaxt veriləcəyi bəlli deyil.

Xatırladaq ki, 8 min meqavat gücündə olan stansiya 2012-ci ildə bağlanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR