2024-cü ildə oğurlanma riski yüksək olan ŞİFRƏLƏR

MARAQLI
00:01 26.01.2024
327
Texnologiya mütəxəssisləri 2024-cü ildə oğurlanma riski yüksək olan parolları açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu parollardan hər hansı birini istifadə edirsinizsə, onları dərhal dəyişdirməlisiniz.

İstifadəçilərdən parollarını mütəmadi olaraq yeniləməyi tələb edən bir çox proqram və vebsaytlar olduğundan insanlar tez-tez yadda saxlamaq asan olan sadə parollar yaradırlar.

Lakin bu vərdiş kibercinayətkarların böyük bizneslərə hücumunu və şəxslərin həssas məlumatlarını oğurlamasını asanlaşdırır.

Məxfilik üzrə ekspert Jason Vise 2024-cü il üçün ən çox yayılmış 15 parolu açıqlayıb və bu parollardan istifadə edən insanları dərhal parollarını dəyişməyə çağırıb:

"Bir sözlə, ən çox yayılmış və aşkar parollardan qaçınmaq lazımdır. Ən çox yayılmış parollardan bəzilərinin 111111, 12345 və 123456 kimi nömrə birləşmələrinə fokuslandığı məlumdur”.

2024-cü ildə sındırılma ehtimalı yüksək olan 10 parol:

123456, 123456789, p@ssw0rd, 12345, Qwerty123, 1q2w3e, 12345678, 111111, 1234567890, Q2w3e4r5t.

Bu parollar bir neçə saniyə ərzində qırıla bilər.

Ayşən

OXŞAR XƏBƏRLƏR