"Global Firepower” dünya ordularının 2024-cü il üçün reytinqini açıqlayıb.
AZXEBER.COM Sfera.az-a istinadən xəbər verir ki, dünya ordularının qlobal reytinqinin hazırlanmasında həm şəxsi heyət, həm də silahlı qüvvələrin maliyyələşdirilməsi də daxil olmaqla, onlarla parametr nəzərə alınıb.
Beləliklə, ilk onluqda olan ordular bunlardır:
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Cənubi Koreya
6. Böyük Britaniya
7. Yaponiya
8. Türkiyə
9. Pakistan
10. İtaliya.
Azərbaycan 2024-cü il reytinqində 59-cu yeri tutub. Azərbaycanın qonşuları – Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdə qərarlaşıb.