"WhatsApp" yeni funksiya üzərində işləyir.
AZXEBER.COM xəbər verir ki, bu funksiya kontaktları və qrupları müxtəlif siyahılara əlavə etməyə imkan verəcək.
"Siyahılar” adlı bu funksiya sayəsində istifadəçilər artıq müxtəlif siyahılara adam və qruplar əlavə edə biləcəklər.
Bu şəkildə söhbətləri idarə etmək daha asan olacaq.
Məsələn, siz kontaktlarınızı müxtəlif siyahılara (həmkarlar, məktəb dostları, qohumlar və s.) əlavə edə və tamamilə fərdiləşdirilmiş siyahılar yarada biləcəksiniz.
Eyni şey qruplara da aiddir. Qoşulduğunuz qrupları vahid siyahıda toplayaraq daha asan təcrübə əldə edə biləcəksiniz.
Funksiya hazırda inkişaf mərhələsindədir.
Qeyd edək ki, sözügedən funksiyanın istifadəçilər üçün nə vaxt əlçatan olacağı bəlli deyil.
Mikayıl