Tacikistanda zəlzələ oldu

DÜNYA
20:16 07.09.2024
212

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17:09-da (Bakı vaxtı ilə 16:09) qeydə alınıb, mənbə 200 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR