Finlandiya Rusiya ilə sərhəddəki Parikkala və Lieksa-İnari müvəqqəti nəzarət-buraxılış məntəqələrini bağlayıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Dövlət Sərhəd Xidmətindən bildirilib.
Xidmət rəisinin müavini Samuli Murtonen qərarın qeyri-müəyyən müddətə qüvvədə qalacağını bildirib.
Məsələyə Finlandiya hökumətindən də münasibət açıqlanıb. Qeyd edilib ki, sözügedən addım Rusiya ilə imzalanan sərhəd razılaşmasına zidd deyil:
"Məlumat üçün bildiririk ki, hökumətin bununla bağlı qərarı istənilən vaxt dəyişə və məntəqələr fəaliyyətini bərpa edə bilər”.