
Xaçmazın sabiq icra başçısı, Naxçıvan Muxtar Respublikasının baş naziri (1992) Şəmsəddin Xanbabayev 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Azərbaycan SSR Prokuroru, keçmiş ədliyyə naziri, Milli Məclisin lll və lV çağırış deputatı, Ədalət Partiyasının sədri (2021-2025) İlyas İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib. O, Nardaran qəbiristanlığında dəfn olunub.

Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli 75 yaşında vəfat edib. F.Ələkbərli müstəqillik hərəkatının öncüllərindən olub. 1989-94-cü illərdə Bakı Şin Zavodunun direktoru işləyib və həmin vaxt zavodun həyətində Məmməd Əmin Rəsulzadənin heykəlini ucaltdırıb.

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib. Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. Mərhum Xanhüseyn Kazımlı "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev 83 yaşında vəfat edib. 1993-2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini kimi çalışıb. 1998-ci ildə "Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bundan başqa, "Şərəf”, "Şöhrət”, "İstiqlal” ordenlərinə, eləcə də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Rasim Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib. O, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürəhman Vəzirovun və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat edib.










































