Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu
İDMAN
23:05 30.07.2025
671
Yunanıstanın paytaxtı Afinada U-17 dünya çempionatı davam edir.

AZXEBER.COM xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan komandası mundialda 1 dəst medal qazanıb.

Abdurrahman Hüseynli (45 kiloqram) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb.

Hikmət Haqverdiyev (51 kiloqram) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalı boynundan asıb.

Əli Nəzərov (60 kiloqram) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans verməyib. Rəqibini 6:1 hesabı ilə üstələyən həmyerlimiz dünya çempionu olub.

Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.

Səid Paşayev (92 kiloqram) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.
OXŞAR XƏBƏRLƏR