"WhatsApp" istifadəçilərə mesajları xatırlatmağa imkan verən yeni funksiyanı istifadəyə verib.
AZXEBER.COM xəbər verir ki, tətbiqdə artıq istənilən mesajı uzun müddət basıb açılan menyudan "Mənə Xatırlat" seçiminə daxil ola bilərsiniz.
Burada 2, 8 və 24 saatlıq fərqli mesaj xatırlatma sistemi olacaq.
Xatırlatmanın qurulduğunu bildirmək üçün mesajın küncündə zəng işarəsi görünəcək.
Sözügedən xəbərdarlıq gələndə istifadəçi mesajın məzmununu, mesajı ehtiva edən söhbəti və medianın önizləməsini görəcək.
Mikayıl