Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
SİYASƏT
15:56 14.11.2025
958
Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
11:00 11.03.2026
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
İsraildə həlak olan azərbaycanlının valideyni: "Bilet almışdı ki, evinə gəlsin, gələ bilmədi"
10:41 11.03.2026
İsraildə həlak olan azərbaycanlının valideyni: "Bilet almışdı ki, evinə gəlsin, gələ bilmədi"
"Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq" - İlkin Əhmədov
10:37 11.03.2026
"Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq" - İlkin Əhmədov
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb
10:36 11.03.2026
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib
10:29 11.03.2026
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib
Gələcəyin təhsil liderləri üçün “Maarifçi” proqramının növbəti mərhələsi başladı
10:27 11.03.2026
Gələcəyin təhsil liderləri üçün “Maarifçi” proqramının növbəti mərhələsi başladı
"Qapıya papaq atmaq olmaz" - Zaur Nəbioğludan irad
10:23 11.03.2026
"Qapıya papaq atmaq olmaz" - Zaur Nəbioğludan irad
Elnur yeni layihə hazırlayır - VİDEO
10:15 11.03.2026
Elnur yeni layihə hazırlayır - VİDEO
Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA
09:59 11.03.2026
Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA
Zabux sakinlərinin nəzərinə! - Müraciətlərin qəbuluna başlanılır
09:52 11.03.2026
Zabux sakinlərinin nəzərinə! - Müraciətlərin qəbuluna başlanılır
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
09:38 11.03.2026
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı