Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
KRİMİNAL
13:09 08.12.2025
214
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının  keçirdikləri tədbirlər zamanı "Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona "saxla” işarəsi verilib. 
 
AZXEBER.COM xəbər verir ki, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub. 

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
OXŞAR XƏBƏRLƏR